Eddi İsrafilovun yeni baş məşqçisi müəyyənləşdi

Eddi İsrafilovun yeni baş məşqçisi müəyyənləşdi
09:57 20 Yanvar 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisində oynamağa razılıq verən Eddi İsrafilovun şərəfini qoruduğu İspaniyanın "Qranada" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçi vəzifəsi Abel Rasinoya tapşırılıb.
 
54 yaşlı mütəxəssis mövsümün sonuna qədər "Qranada"nı çalışdıracaq. O, baş məşqçi vəzifəsində bir müddət öncə istefaya göndərilən Xoakin Kaparrosu əvəzləyib.
 
Qeyd edək ki, məşqçilik karyerasına 2004-cü ildə başlayan Resino daha öncə "Levante", "Atletiko", "Valyadolid" və "Selta Viqo" klublarını çalışdırıb.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR