“Mən saymağı öyrənirəm” animasiya filminin çəkilişləri davam edir

“Mən saymağı öyrənirəm” animasiya filminin çəkilişləri davam edir
10:13 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Mədəniyyət və Turizm Nazirliyinin “Azanfilm” cizgi filmləri studiyası tərəfindən 2014-cü ildə “Ən güclü kimdir” və “Köhnə mismar” adlı yeni cizgi filmləri çəkilib. Həmçinin “Gəlin, birgə öyrənək” animasiya filmləri layihəsinin həyata keçirilməsi qərara alınıb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulan layihəyə “Rənglər” və iki seriyadan ibarət “Mən saymağı öyrənirəm” animasiya filmlərinin istehsalı daxildir. “Rənglər” musiqili animasiya filmi artıq istehsal olunaraq kiçik yaşlı tamaşaçıların ixtiyarına verilib. “Mən saymağı öyrənirəm” filminin çəkilişləri isə davam edir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Men_saymagi_oyrenirem_animasiya_filminin_chekilisleri_davam_edir-825994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR