"Fənərbaxça" basketbol klubunun oyunçusu avtomobili oğurlanıb.
ANS PRESS-in məlumatına görə, xorvatiyalı Luka Zoriçin "Porsche" markalı bahalı avtomobili Zaqrebdə oğurlanıb.
30 yaşındakı basketbolçunun xüsusi olaraq istehsal olunan maşını ötən gün səhər saatlarında qaçırılıb.
Zaqreb polisi oyunçunun 100 min dollarlıq maşının tapılması üçün səfərbər olub. Bu hadisə dövrə arası tətili üçün ölkəsinə gedən ulduz basketbolçuya pis süpriz olub.
Hazırda ölkəsində olan Zoriçin kefinin pozulduğu bildirilib.
Qeyd edək ki, Zaqreb polisi faktla bağlı araşdırmalara başlayıb və axtarış işlərinə start verib.
Mənbə
ANS PRESS