İŞİD vəhşiliyi: futbola baxdıqları üçün güllələndilər - FOTO

İŞİD vəhşiliyi: futbola baxdıqları üçün güllələndilər - FOTO
10:27 20 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı futbol matçına baxdıqları üçün 13 yeniyetməni edam edib.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İraqın Mosul şəhərində 13 yeniyetmə oğlan ötən həftə Asiya Kubokunda İraq və İordaniya yığmaları arasındakı futbol matçına baxdıqları üçün güllələnib.
 
Cəsədləri şəhər kənarına atılmış yeniyetmələrin valideynləri qorxduqları üçün övladlarını dəfn edə bilmirlər.
 
Onların dediklərinə görə, oğullarının yeganə suçları televizorla futbola baxmaq olub.
İki həftə əvvəl Mosulda iki gənci homoseksuallıqda ittiham edərək 13-mərtəbəli binanın damından aşağı atmışdılar.

Milli.Az
 





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR