İraqda neft hasilatı rekord səviyyəyə yüksəlib

İraqda neft hasilatı rekord səviyyəyə yüksəlib
10:28 20 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
İraqın neft naziri Adel Əbdul Mehdi neftin qiymətinin ucuzlaşmasına baxmayaraq ölkəsinin bu il hasilatı rekord səviyyəyə qaldırdığını və ixrac həcmini artırmaq niyyətində olduğunu bildirib.
AzərTAc Vestifinance.ru saytına istinadla xəbər verir ki, hazırda İraqda neft hasilatının həcmi orta hesabla sutkada 4 milyon barrel təşkil edir ki, bu da ölkə tarixində rekord göstəricidir.
İraqın neft ticarəti ilə məşğul olan State Oil Marketing Organization (SOMO) dövlət şirkəti keçən ilin dekabr ayında hasilat həcminin sutkada 3,35 milyon barrel olduğunu qeyd edib.
Neft nazirinin dediyinə görə, Bağdad və Ankara Türkiyənin Ceyhan limanına neft ixracının yaxın vaxtlarda 375 min, aprel ayına qədər isə 600 min barrel artırılması barədə razılığa gəliblər.
Adel Əbdul Mehdinin fikrincə, neftin qiyməti 2014-cü il səviyyəsinə çatmasa da, 2015-ci ilin ikinci yarısında tədricən bərpa olunmağa başlayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR