Əli Əhmədov: “Azərbaycan hökuməti Kəlbəcərdə ermənilər tərəfindən girov götürülənlərin azad edilməsi üçün əlindən gələni edir”

10:32 20 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 10:29 ]

“Ermənistan girovlara qarşı bu münasibəti saxladıqca dünya birliyi qarşısında qeyri-konstruktiv mövqeyini bir daha təsdiqləmiş olacaq”

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycan hökuməti separatçı Dağlıq Qarabağ rejiminin “hökm” oxuduğu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün əlindən gələni edir”.

 

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.

 

Ə. Əhmədov qeyd edib ki, ermənilər tərəfindən qondarma “məhkəmə”nin qurulması və “hökm” çıxarılması Ermənistanın nə dərəcədə qeyri-konstruktiv və riyakar mövqedə olduğunu bir daha göstərir: “Ermənistan girovlara qarşı bu münasibəti saxladıqca dünya birliyi qarşısında qeyri-konstruktiv mövqeyini bir daha təsdiqləmiş olacaq. Çünki bütün bunlar dünyanın gözü qarşısında baş verir”.

 

Baş nazirin müavini Azərbaycanın girovların azad edilməsi üçün əlindən gələni etdiyini bir daha vurğulayıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR