Əli Əhmədov: Azərbaycan hökuməti Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ciddi işlər görür

Əli Əhmədov: Azərbaycan hökuməti Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ciddi işlər görür
10:33 20 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Təbii ki, Azərbaycan hökuməti, dövləti ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ciddi işlər görür. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov deyib ki, girovlara qondarma "məhkəmənin" qurulması bir daha sübut edir ki, Ermənistan hökuməti və o rejim nə qədər Azərbaycan xalqına düşmənçilik mövqeyində dayanır, nə qədər aqressiv mövqe tutur: "Bununla da bir daha beynəlxalq ictimaiyyət qarşısında bu cür biabırçı vəziyyətə salırlar. Nə qədər ki, girovlarımıza qarşı mövqelərini bu cür saxlayacaqlar, bir o qədər dünya qarşında öz həqiqi mahiyyətlərini göstərəcəklər".

Qeyd edək ki, ermənilərin qondarma "məhkəməsin"də Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR