"Hökumət girovların azad edilməsi üçün əlindən gələni edir" - AÇIQLAMA

"Hökumət girovların azad edilməsi üçün əlindən gələni edir" - AÇIQLAMA
10:34 20 Yanvar 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan hökuməti separatçıDağlıq Qarabağ rejiminin “hökm” oxuduğu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün əlindən gələni edir”.

 

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.

 

Ə. Əhmədov qeyd edib ki, ermənilər tərəfindən qondarma “məhkəmə”nin qurulması və “hökm” çıxarılması Ermənistanın nə dərəcədə qeyri-konstruktiv və riyakar mövqedə olduğunu bir daha göstərir: “Ermənistan girovlara qarşı bu münasibəti saxladıqca dünya birliyi qarşısında qeyri-konstruktiv mövqeyini bir daha təsdiqləmiş olacaq. Çünki bütün bunlar dünyanın gözü qarşısında baş verir”.

 

Baş nazirin müavini Azərbaycanın girovların azad edilməsi üçün əlindən gələni etdiyini bir daha vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR