Əli Əhmədovdan Dilqəm Əsgərov və Şahbaz Quliyev AÇIQLAMASI

Əli Əhmədovdan Dilqəm Əsgərov və Şahbaz Quliyev AÇIQLAMASI
10:42 20 Yanvar 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

Təbii ki, Azərbaycan hökuməti, dövləti ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ciddi işlər görür.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov deyib ki, girovlara qondarma məhkəmənin qurulması bir daha sübut edir ki, Ermənistan hökuməti və o rejim nə qədər Azərbaycan xalqına düşmənçilik mövqeyində dayanır, nə qədər aqressiv mövqe tutur: "Bununla da özlərini bir daha beynəlxalq ictimaiyyət qarşısında bu cür biabırçı vəziyyətə salırlar. Nə qədər ki, girovlarımıza qarşı mövqelərini bu cür saxlayacaqlar, bir o qədər dünya qarşında öz həqiqi mahiyyətlərini göstərəcəklər".

Qeyd edək ki, ermənilərin qondarma məhkəməsində Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR