Xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb

Xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb
15:58 25 Dekabr 2014
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/

Dövlət sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən təd­birlər nəticəsində 2014-cü ildə dövlət sərhədini pozduğuna görə 423, sərhəd rejimi qaydalarını pozudqlarına görə 16 min 2 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onların 46,1% Azərbaycan, 18,7% Özbəkistan, 6,4% İran, 4,5% Mol­dova, 4,3% Əfqanıstan, 3,8% Türkiyə, 3,1% Gürcüs­tan, 2,6% Ru­siya, 2,6% Suriya, 1,9% Nigeriya, 1,9 % Ukrayna, 4,1% digər ölkə vətəndaşları olublar.

Hesabat dövründə sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda odlu silahdan istifadə olunub, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silahın tətbiqi zamanı 2 İran vətəndaşı vəfat edib, DSX-nin 1 zabiti yaralanıb.

İl ərzində 2553 nəfər axtarışda olan şəxs tutulub, 272 nəfər saxta, 42 nəfər özgəsinin sənədi ilə və 10 nəfər giz­li şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

2014-cü il ərzində 9 milyon 406 min manat dəyərində qaçaqmal tutulub, 317 kq 715 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 26,7 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 AR, 2 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 1 AR vətəndaşı barədə müvafiq tədbirlər görülüb, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cina­yətkar dəstə zərərsizləşdirilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 53, Rusiyaya məxsus 28, İrana məxsus 8, Qazaxıstana məxsus 3 gəmiyə, Azərbay­cana məxsus 404 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 27 gəmi, Rusiyaya məxsus 3 gəmi, İrana məxsus 3 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycana məxsus 254 qayıq, o cümlədən 418 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 2 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 5 nəfər vətəndaş xilas edilib.

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri – 26,2 min metr tor yığılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2347654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR