Jurnalist məşhur idmançının dişini sındırdı - VİDEO - FOTO

Jurnalist məşhur idmançının dişini sındırdı - VİDEO - FOTO
10:47 20 Yanvar 2015
305 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur qolfçusu, ən zəngin və çox qazanan idmançısı sayılan 39 yaşlı Tayqer Vudsun dişini jurnalist vurub sındırıb.
Milli.Az NBC News-a istinadən bildirir ki, insident İtaliyanın Kortina d-Ampesso dağ-xizəkçilik kurortunda, dağ xizəkçiliyi üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırma mərasimində baş verib.
 
Podiumda qaliblərə medallar veriləndə teleoperatorlardan biri arxasında duran Tayqer Vudsu görməyib. Operator arxaya çevriləndə kamerası Vudsun ağzına dəyib və zərbə nəticəsində Vudsun qabaq dişlərindən biri sınıb.
 
Tayqer Vuds Kortina D-Ampessoya sevgilisi, amerikalı dağ xizəkçisi Lindsi Vonun mübarizəsinə baxmaq üçün getmişdi.
Lindsi Von bütün rəqiblərini qabaqlayaraq çempion olub və yeni dünya rekordu vurub.
 
30 yaşlı sevgilisini təbrik edərkən Lindsini bağrına basaraq öpən Tayqer Vuds qarşısında duran teleoperatoru görməyib.
 
Dünya Kubokunun təşkilat komitəsinin sədri Nikola Kolli isə insidenti təkzib edib: "Tayqeri müşayiət edənlərdən biri də mən idim. Belə hadisə olmayıb".
 
Milli.Az
 









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR