Hüseyn Bağırov Xəzər dənizində suyun səviyyəsinin düşməsinin səbəblərini açıqlayıb

10:52 20 Yanvar 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 10:47 ]

“Xəzərin geri çəkilməsi təhlükəli vəziyyət yarada bilər”

Bakı. Könül Kamilqızı - APA. “Xəzər dənizində suyun səviyyəsinin düşməsinin səbəbi küləklərin istiqamətinin tsikllərlə vaxtaşırı dəyişməsi, çaylarda suyun səviyyəsinin müxtəlif regionlarda qalxıb-düşməsi ilə bağlıdır”.

 

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizində suyun səviyyəsinin düşməsinin səbəblərinə aydınlıq gətirərkən deyib.

 

Nazir bildirib ki, dənizdə suyun səviyyəsinin qalxması daha təhlükəlidir və bununla bağlı əvvəldən tədbirlər görülür: “Ötən əsrin 80-ci illərində Xəzərdə suyun səviyyəsi qalxmış, bunun nəticəsində müəyyən quru hissəsi suyun altında qalmış, hətta Bakı bulvarının xeyli hissəsi bataqlıqlaşmışdı”.

 

H. Bağırov qeyd edib ki, hazırda Xəzərin geri çəkilməsi də təhlükəli vəziyyət yarada bilər: “Amma bu hal ötən əsrin 80-ci illəri ilə müqayisədə daha təhlükəli və dramatik deyil”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR