Simeone: "Bu cür davam etsə, qalacam"

Simeone: "Bu cür davam etsə, qalacam"
10:52 20 Yanvar 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

“Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone Madrid klubundan ayrılacağı ilə bağlı xəbərləri təkzib edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 45 yaşlı çalışdırıcı işindən razı olduğunu bildirib.
 
“Atletiko”nun inkişafda olduğunu deyən Simeone bu cür davam edəcəyi təqdirdə, Madrid klubunda çalışmaq istədiyini vurğulayıb: “Klub ildən-ilə inkişaf etməyə çalışır. Bu, çox vacib amildir. Komanda isə varlığını sübut etmək üçün mübarizə aparır. Əgər “Atletiko” inkişafa davam etsə, burada qalacam”.
  
Qeyd edək ki, Simeone 2011-ci ildən “Atletiko”nun sükanı arxasındadır. Onun rəhbərliyi altında madridlilər La Liqa, İspaniya Kuboku, İspaniya Superkuboku, Avropa Liqası və Avropa Superkubokunun qalibi, Çempionlar Liqasında isə finalçı olublar.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR