İnsanın boynuna cinayət qoymaq çox asandır

İnsanın boynuna cinayət qoymaq çox asandır
10:57 20 Yanvar 2015
333 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alimlər insanları etmədikləri cinayətləri etiraf etməyə vadar edə biliblər.

Günahsız insanları illər əvvəl "törətdikləri" cinayətlərə inandırmaq çox asan imiş. Milli.Az lenta.ru-ya istinadən bildirir ki, Britaniyadan olan psixoloqlar apardıqları eksperimentlərdən sonra belə bir nəticəyə gəliblər.

Alimlər hüquq baxımından mükəmməl keçmişə sahib olan 60 tələbəni könüllü kimi araşdırmaya cəlb ediblər. Sonra tələbələrin valideynləri ilə əlaqəyə giriblər. Onlardan uşaqlarının keçmişi haqda məlumatlar əldə ediblər.

Könüllülərin 30-na keçmişdə "törətdikləri" cinayətləri haqda danışıblar. Bu əhvalatlara real həyatda baş vermiş çalarlar da əlavə ediblər. İnandırıblar ki, guya doğrudan da illər öncə onlar zorakılıq xarakterli cinayət törədiblər. Bundan sonra isə tələbələr özləri törətdikləri "cinayətlər" haqda söhbət ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR