Xiyabana gedən avtobuslar pulsuz işləyir - video

Xiyabana gedən avtobuslar pulsuz işləyir -  video
11:01 20 Yanvar 2015
173 Şou
Ölkə mətbuatı
A- A+

Şəhidlər Xiyabanına gedən bir çox yollarda məhdudiyyət var.

Axşam.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ANS TV-yə açıqlamasında bildirib.

Artıq əhali yavaş-yavaş xiyabana gəlməyə başlayıb. BŞDYPİ-nin rəsmisi Vaqif Əsədovun sözlərinə görə, bu məqsədlə paytaxtın Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətində olan bütün küçə və yollardan avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.

“İlk olaraq Mehdi Hüseyn küçəsi 1 (yəni Teleteatr inzibati binasının) yanından, ikincisi isə M.Müşfiq küçəsinin H.Cavid prospekti kəsişməsindən, üçüncüsü M.Müşfiq dairəsinin Mətbuat prospekti kəsişməsindən, eləcə də A.Abbaszadə, İzzət Nəbiyev və digər kəsişən küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib” – deyə V.Əsədov qeyd edib.

O, həmçinin alternativ yolları da sürücülərin nəzərinə çatdırıb:

“Məhdudiyyət qoyulan yolların əvəzinə paytaxtın Neftçilər prospekti ilə Bayıl qəsəbəsi və yaxud 3-cü kənar dairəvi yolla istənilən istiqamətə hərəkət etsinlər”.

Həmçinin əhalidən xahiş olunur ki, mərasimə qoşulmaq istəyənlər şəxsi avtomobildən deyil, ictimai nəqliyyatdan istifadə etsinlər.

Qeyd edək ki, bu gün Şəhidlər xiyabanına gələn avtobuslarda nəqliyyat pulsuzdur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR