Gələn il Azərbaycanda 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartları müəyyənləşəcək

11:02 20 Yanvar 2015
105 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 10:56 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti gələn il 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarını təsdiq edəcək.

APA-nın məlumatıma görə, bu, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda əksini tapıb.

 

Təhsil Nazirliyi isə 2016-2017-ci illərdə 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumlarının hazırlanmasını, 2017-2021-ci illərdə 12 illik ümumi təhsilin nümunəvi kurikulumları üzrə təlimlərin təşkili və kurikulumların tətbiqini təmin etməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR