Türk Mehmet dünyaca məşhurlaşdı - VİDEO - FOTO

Türk Mehmet dünyaca məşhurlaşdı - VİDEO - FOTO
11:05 20 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin cənub-qərbindəki Bodrum şəhərinin sakini Mehmet Soysal indi ölkəsi ilə yanaşı, onlarla dövlətdə yaşayan insanlar arasında qəhrəman kimi tanınır. Onun qəhrəmanlığını əks etdirən videoyazıya YouTube-da on milyonlarla insan baxıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, balıqçı olan Mehmet həftənin iki günü balıqları topdan təhvil verdiyi dükanın qarşısında duraraq mobil telefonla danışanda qəflətən yan küçədən üzüaşağı uşaq arabasının hərəkət etdiyini görüb.
 
Təxminən 50 km/saat sürətlə aşağı düşən arabada 2 yaşlı oğlan vardı.
Araba yola çıxsaydı, uçurumdan aşağı yuvarlanacaq, uşaq isə həlak olacaqdı.
 
Bunu ani düşünən Mehmet Soysal irəli atılıb, arabanı saxlayıb. Arabadakı körpə yol kənarındakı otluğa düşüb.
Mehmet körpəni qucağına alıb və yolu keçərək dükana yaxınlaşıb.
 
Körpənin anası, 29 yaşlı Cansu Şahinin dediyinə görə, Mehmet Soysal əsl qəhrəmandır.
 
2 yaşlı Əli Ceyhanın durumunun yaxşı olduğu deyilir.
 
Milli.Az
 







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR