"Neftçi" Çin klubuna qarşı - YENİLƏNİR

"Neftçi" Çin klubuna qarşı -   YENİLƏNİR
11:07 20 Yanvar 2015
171 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün üçüncü yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov yetirmələrini Çin klubu ilə oyunda sınayacaq.

Belə ki, "Neftçi" "Quyzhou Rehne" klubu ilə üz-üzə gələcək. Matç Bakı vaхtı ilə saat 19.00-da başlayacaq. Qarşalaşmadan əvvəl 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, futbolçular meydana qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, "Quyzhou Rehne" klubu 1995-ci ildə yaradılıb. Zhu Yionqun başçılıq etdiyi komanda son mövsümü Çin Super Liqasının 6-cı pilləsində başa vurub. 

"Neftçi" bundan əvvəl Antalyada Səudiyyə Ərəbistanının "Hajer" klubunu udub (3:1), Türkiyənin "Kayseri Erciyəsspor" komandası ilə "sülh" bağlayıb (0:0). "Ağ-qaralar" yanvarın 21-də "Volın" (Ukrayna), 23-də isə "Dinamo" (Moskva, Rusiya, U-23) və "Petrolul"la (Rumıniya) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu 
20 yanvar 

19.00 Neftçi (Azərbaycan) - Quizhou Rehne (Çin)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-cin-klubuna-qar-t17623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR