Ermənistan özünü biabır etdi

Ermənistan özünü biabır etdi
11:11 20 Yanvar 2015
126 Ölkə
Ölkə mətbuatı
A- A+

"Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı işlər görülür. Hökumət əlindən gələn bütün işləri edir ki, onlar girovluqdan azad edilsinlər".

ANS PRESS-in məlumatına görə, bunu jurnalitslərə açıqlamasında baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, bu iki girovun götürülməsi və onlara saxta məhkəmənin qurulması bir daha onu göstərdi ki, Ermənistan hökuməti və qondarma rejim Azərbaycan xalqına nə qədər düşmənçilik mövqeyində dayanır:

"Bir daha bütün dünya ictimaiətinin gözləri qarşısında onlar özlərini biabır etdilər. Nə qədər ki, onlar girovlara qarşı öz mövqelərini bu cür saxlayacaqlar, bir o qədər də dünya ictimaiəti qarşısında özlərinin həqiqi mahiyyətini aşkara çıxaracaqlar", - deyə Ə.Əhmədov deyib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR