Ərdoğan səlahiyyətini artırır

Ərdoğan səlahiyyətini artırır
11:16 20 Yanvar 2015
97 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi Nazirlər Kabinetinin iclasına qatılması tənqidçilər tərəfindən prezidentin səlahiyyətlərinin genişləndirilməsilə bağlı narahatlığa yol açıb.

ANS PRESS-in məlumatına görə, ötən ilin avqust ayında prezident seçilənə qədər 11 il baş nazir olmuş R.T.Ərdoğan Nazirlər Kabinetinn iclasına sədrlik edib.

Hazırkı baş nazir Əhməd Davutoğlu prezidentin ona Konstitusiya ilə verilmiş səlahiyyətlər çərçivəsində hərəkət etdiyini deyib: "R.T.Ərdoğan parlament deyil, xalq tərəfindən seçimiş ilk prezidentdir. Türkiyə parlament sisteminə dəyişikliklər edilmədən də daha çox gücə malikdir."

"Cümhuriyyət" qəzeti yazıb ki, bağlı qapılar arxasında keçən iclas R.T.Ərdoğan üçün prezident sistemini həyata keçirmək üçün məşqdir.

Türkiyədə parlament seçkiləri bu ilin iyun ayına təyin edilib. R.T.Ərdoğanın Ədalət və İnkişaf Partiyasına güclü dəstək verməsi prezidentin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan yeni Konstitusiyanın qəbuluna imkan yarada bilər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR