Ombudsman Aparatının əməkdaşları polis şöbələrinə və hərbi polisin hauptvaxtına başçəkmələr həyata keçirilib

16:02 25 Dekabr 2014
48 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 15:59 ]

Bakı. Gülnar Bəşirova- APA. Ombudsman Aparatının əməkdaşları Bərdə, Ucar, Kürdəmir rayon polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama yerlərinə (MSY), habelə Müdafiə Nazirliyinin Bərdə Qarnizonu Hərbi Polisinin hauptvaxtına qısamüddətli başçəkmələr həyata keçiriblər.
 

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd həmin müəssisələrdə saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.
 

 

Standartlara cavab verən həmin müəssisələrdə saxlanılan şəxslərlə söhbət zamanı onlar saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı şikayət etməyiblər. Kürdəmir RPŞ-də saxlanılan şəxslərin şəxsi işlərinə və qeydiyyat kitablarına baxış zamanı aşkar edilən nöqsanlarla bağlı isə Ombudsman tərəfindən Daxili İşlər Nazirliyinə müraciət olunub.
 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR