"Xəzərin səviyyəsinin enməsi problemlər yaradır"

"Xəzərin səviyyəsinin enməsi problemlər yaradır"
11:32 20 Yanvar 2015
70 Sosial
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin səviyyəsinin enməsi müəyyən problemlər yaradır
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, ötən əsrin 80 illərində Xəzər dənizinin səviyyəsi qalxmışdı və dəniz sahilində bəzi infrastrukturlar suyun altında qalmışdı. Bakı bulvarının bir hissəsi bataqlaşmışdı.

Nazir qeyd edib ki, dənizin səviyyəsinin enməsi, dənizin səviyyəsinin qalxması ilə müqayisədə daha təhlükəli, daha dramatik olmasa da, problemlər meydana gətirir. H.Bağırov deyib ki, dənizin səviyyəsinin enməsi dövri xarakter daşıyır. Bunun səbəblərindən biri də çaylarda suyun azalması ilə bağlıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR