Pərviz Həşimli əfv ərizəsi yazıb

Pərviz Həşimli əfv ərizəsi yazıb
16:02 25 Dekabr 2014
134 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 15:55 ]

Bakı. Şəhriyar Əlizadə - APA. “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli əfv ərizəsi yazıb.

Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, P. Həşimli əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.

 

P. Həşimli Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Həmin hökmlə razılaşmayan P. Həşimli Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

Lakin Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR