"Kövsər Bank" nizamnamə kapitalını 4 dəfə artırır

"Kövsər Bank" nizamnamə kapitalını 4 dəfə artırır
16:03 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Kövsər Bank" ASC-nin 38 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 190 min ədəd səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Brokdil-AZ" MMC çıxış edir.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 12,02 milyondan 50,02 milyon manatadək artacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2347643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR