Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azalıb

Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azalıb
11:48 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Bu gün Azərbaycanda ünvanlı sosial yardım alanlar yalnız ona ehtiyacı olan şəxslərdir. əgər 2014-cü ildə 143 min ailə ünvanlı sosial yardım alırdısa, bu il onların sayı 92 minədək azalacaq.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, aparılan yoxlamalar nəticəsində ünvanlı sosial yardım almaq hüququ olmayan şəxslər aşkara çıxarılıb.

Müslümov bildirib: "Nəticədə onların sayı azalıb. Amma bununla yanaşı hər bir ailəyə verilən ünvanlı sosial yardımın məbləği 30 manat artaraq 155 manat olub”.

Nazirliyin rəhbərinin sözlərinə görə, yaxın vaxtlarda ünvanlı sosial yardım almaq üçün müraciətlərin edilməsi prosesi avtomatlaşdırılacaq və vətəndaşların müraciətləri avtomatik olaraq yoxlanacaq.

Nazir qeyd edib ki, beləliklə, vətəndaşlar SMS-lərin köməyi ilə ünvanlı sosial yardım alıb-almayacaqları barədə məlumatlandırılacaqlar.

Müslümov deyib: "Bu prosesin yaxın 3-4 ay ərzində tətbiq edilməsi planlaşdırılır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR