Masallida azadliq mucahidlerinin xatiresi derin huznle yad edilib

Masallida azadliq mucahidlerinin xatiresi derin huznle yad edilib
11:48 20 Yanvar 2015
410 Ölkə
Ölkə mətbuatı
A- A+


Masalli, 20 yanvar, AzerTAc 
Masalli seherindeki “Qehremanlar parki”nda 20 Yanvar sehidlerinin xatiresine ucaldilmis abide kompleksinin onunde anma merasimi kecirilib.
AzerTAc xeber verir ki, yanvarin 20-de seher saatlarindan baslayaraq minlerle rayon sakini facie qurbanlarinin xatiresini boyuk ehtiramla yad edib.
Rayonun rehber iscileri, yasli neslin, genclerin ve ictimaiyyetin numayendeleri abide kompleksinin onune gul desteleri duzerek Azerbaycanin suverenliyi ve erazi butovluyu ugrunda sehid olanlarin xatiresini derin huznle aniblar. Burada sehidlerin ruhuna dualar oxunub.
Merasimde cixis edenler 25 il evvel o olum sacan Yanvar gunlerinde qizil qanlari ile xalqimizin qehremanliq tarixine parlaq sehifeler yazaraq sehidlik zirvesine ucalan istiqlal mucahidlerinin xatiresinin xalqimiz terefinden hemise boyuk mehebbetle anildigini vurgulayaraq, bu facieye siyasi ve huquqi qiymetin verilmesinde umummilli lider Heyder Eliyevin evezsiz xidmetlerinden danisiblar.
Rayonun bedii ozfealiyyet kollektivlerinin ifasinda 20 Yanvar faciesinin dehsetlerini eks etdiren edebi-bedii kompozisiya numayis etdirilib.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR