Valideynlərin diqqətinə: bir iliniz də məcburi artdı!

Valideynlərin diqqətinə: bir iliniz də məcburi artdı!
11:52 20 Yanvar 2015
90 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2018-ci ilə kimi birinci sinfə gedəcək uşaqlar üçün bir illik məktəbəhazırlıq təhsilinin olması icbari olacaq.

Trend-in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Yeni sənədə əsasən, 2016-2018-ci illərdə birillik icbari məktəbəhazırlıq təhsilinin təmin olunması üzrə icra mexanizminin hazırlanması və tətbiqi, mövcud mexanizmin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur. Bu işlər Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

Yeni sənədə əsasən, 2015-2016-ci illərdə erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını nəzərdə tutan məktəbəqədər təhsilin inkişafı üzrə dövlət proqramının hazırlanacaq.

Məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması üzrə dövlət proqramı təsdiq ediləcək.

Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standartlarının və kurikulumların hazırlanacaq. Bu il ərzində NK tərəfindən məktəbəqədər təhsil üzrə milli məzmun standartları hazırlanacaq və ekspertizası keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR