Ermənilərin yeni "qardaşı"

Ermənilərin yeni "qardaşı"
16:06 25 Dekabr 2014
140 Dünya
Ölkə mətbuatı
A- A+

"Ermənistan Gürcüstan ilə sərbəst ticarət haqqında razılaşmanı imzalayaraq konkret siyasət reallaşdırır."

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə Ermənistan parlamentinin deputatı, Respublika fraksiyasının üzvü Vardan Ayvazyan bildirib.

O, ağızdolusu, qürrələnərək deyib ki, haqqında danışdığımız razılaşma ilə biz sabit mexanizmlər əsasında yeni sistemin yaradılmasına cəhd edirik: "Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində inteqrasiya proseslərinin sonrakı inkişafına kömək edəcək ən yaxşı iqtisadi modeli yaratmaq lazımdır."

Ümumiyyətlə, son vaxtlar ermənilərin gürcülərə yaltaqlanması aparması müxtəlif cür yozulur. Amma başa düşülən odur ki, erməni-gürcü "qardaşlığının" ömrü uzun ola bilməz. Bu, erməni hiyləsindən başqa bir şey deyil. İlk növbədə, Ermənistan qonşusu ilə əlaqələrin inkişafına Rusiyanın tapşırığı ilə üstünlük verməyə başlayıb. Rusiya Ermənistan vasitəsilə Tiflisi Aİİ-yə sürükləmək istəyir.

Digər tərəfdən, Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi İrəvan üçün xoş nəticələr gətirmir. Çünki rəsmi İrəvan bu addımın gələcəkdə Ermənistan üçün tam fəlakət yaradacağının, Rusiya ilə əlaqələrə mane törədəcəyinin qaçılmaz olduğunu yaxşı anlayır.

Buna rəğmən, Gürcüstan öz xarici siyasətini Qərbə yönəldib və Rusiyadan yaxşı heç nə gözləmir. Ona görə də, Aİİ Tiflis üçün o qədər də maraq doğurmur. Bu isə ortalıqda qalan ermənilər üçün əsl faciə yaradır.

Gürcülər isə erməni qonşuları ilə münasibətləri tam korlayıb özü üçün əlavə problem yaratmaq istəmir. Aydındır ki, gürcülər o qədər də avam deyillər ki, ermənilərin onlara göstərdikləri "məhəbbətin" səmimiyyətdən doğmadığını anlamasınlar. Bədbəxtlik sindromuna tutulan ermənilərin nankor gürcülərə necə quyu qazdığını isə zaman göstərəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR