20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobil və qatarların hərəkəti dayandırılıb

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobil və qatarların hərəkəti dayandırılıb
12:03 20 Yanvar 2015
66 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəliyə dayandırılıb.

Trend-in məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR