İŞİD-dən yapon girovlar üçün FANTASTİK MƏBLƏĞ

İŞİD-dən yapon girovlar üçün FANTASTİK MƏBLƏĞ
13:19 20 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD qruplaşmasının yaraqlıları iki yapon girovu edam edəcəkləri ilə hədələyirlər.

Terrorçular girovların həyatı üçün 200 milyon dollar tələb edirlər. Pulun çatdırılması üçün 72 saat vaxt qoyulub.

Lent.az xəbər verir ki, AzərTAc-ın Rusiyanın NTV telekanalına istinadən məlumatına görə, internetdə yerləşdirilmiş videoyazıda girovlar narıncı geyimdə göstərilib. İŞİD Yaponiyanın “müsəlmanların qadın və uşaqlarının öldürülməsinə, evlərinin yandırılmasIna 100 milyon dollar ayırdığına görə” girov götürülmüş yaponları cəzalandıracaqlarını bildirirlər.

Tokio hələlik videonu şərh etmir.

Qeyd edək ki, İŞİD-in qurbanları arasında indiyədək yaponlara təsadüf olunmayıb. Terrorçu qruplaşma kamera qarşısında amerikalı və avropalı girovları edam edib.


 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR