Meksika qəzeti 20 Yanvar faciəsindən yazıb

Meksika qəzeti 20 Yanvar faciəsindən yazıb
13:21 20 Yanvar 2015
163 Şou
Ölkə mətbuatı
A- A+

Meksikanın “Excelsior” qəzetində “2015. Qanlı Yanvardan 25 il sonra” sərlövhəli məqalə dərc edilib.

Axşam.az-ın məlumatına görə, məqalədə Azərbaycan xalqının hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etdiyi bildirilib. “Qanlı Yanvar” adı ilə tarixə düşən hadisələrin Azərbaycanda sovet hakimiyyətinə son qoyan bir qığılcım olduğu və bütün dünya azərbaycanlılarının yaddaşında Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri olaraq həkk edildiyi diqqətə çatdırılıb.

Məqalədə sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakı şəhərinə yeridilməsi, aralarında uşaq, qadın və qocaların da olduğu yüzlərlə günahsız dinc sakinin qətlə yetirilməsi barədə məlumat verilib.

Qanlı Yanvar hadisələrinin “The Washington Post” qəzetində dərc olunan məqalədə və “Human Rights Watch” təşkilatı tərəfindən hazırlanmış hesabatda “ən qorxunc insan hüquqları pozuntusu hadisələri” kimi qeydə alındığı vurğulanıb.

Məqalədə ərazisinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığı oxucuların diqqətinə çatdırılıb.

Mənbə: AzərTac


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR