[ 25 Dekabr 2014 16:05 ]
Bakı. Rüfət Əhmədzadə - APA. Ermənistan hökuməti ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulması çərçivəsində bir sıra məhsulların üçüncü ölkələrdən idxalını qadağan edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, idxalı rəsmən qadağan elan olunmuş siyahıda Qrenlandiya suitisinin dərisi, taxta-şalban, yenidən işlənmiş kağız, karton, kağız tullantıları, həmçinin mülki və xidməti silahlar, onların əsas hissələri və güllələr yer alır. Bundan savayı, audiovizual avadanlıqların, çap qurğularının Ermənistana idxalı da qadağan olunub.