Ərəb kinosunun məşhur aktrisası dünyasını dəyişdi

Ərəb kinosunun məşhur aktrisası dünyasını dəyişdi
13:21 20 Yanvar 2015
298 Şou
Ölkə mətbuatı
A- A+

Ərəb kinosunun məşhur aktrisası Faten Hamame 83 yaşında dünyasını dəyişib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, misirli aktrisa evində yıxılaraq həyatını itirib. F.Hamamenin ölümü ilə bağlı mətbuata açıqlama verən oğlu Tarık Şərif anasının bu yaxınlarda keçirdiyi narahatlıq səbəbindən xəstəxanaya aparıldığını, müayinədən sonra isə evə gətirildiyini deyib. Misir mətbuatının yazdığına görə, Faten evində gözlənilməz şəkildə bədbəxt hadisə ilə üzləşib.

Qeyd edək ki, “Ərəb kinosunun xanımı” adlandırılan Faten Hamame 10 yaşından kino karyerasına başlayıb. O, 1955-ci ildə “Vadidə mübarizə” filminin çəkilişləri zamanı tanış olduğu əsl adı Mişel Dmitri Şalhub olan Hollivud ulduzu Ömər Şəriflə ailə quraraq aktyorun islamı qəbul etməsində böyük rol oynayıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR