ABŞ müharibəni uduzur

ABŞ müharibəni uduzur
13:21 20 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın tarixi ərzində ən nəhəng layihəsi fiaskoya uğramaqdadır.

ANS PRESS-in məlumatına görə, nüfuzlu The Financial Times ABŞ-ın dünyada nəhəng neft hasilatçı dövlətinə çevrilməsi layihəsi reallaşmamaqdadır. Son məlumatlara görə, ABŞ-da qazma qurğuların sayı 15 faiz azalıb. Continental Resources yazır ki, ABŞ-dakı 50 neft platformasının 31-də iş dayanıb. Təkcə Şimali Dakotada qazma qurğuların sayı 17 faiz azaldılıb. Bunun fonunda beynəlxalq reytinq agentliyi Standard & Poor’s ABŞ-ın neft hasilatı və ixracı ilə məşğul olan 8 şirkətinin reytinqini azaldıb. Daha doqquz şirkətin isə reytinqinə yaxın günlərdə baxılacaq.

Ekspertlər neftin qiymətinin belə sürətlə aşağı düşməsinin ABŞ-ın digər neft istehsalçılarına qarşı elan etdiyi "Neft müharibəsi"nin nəticəsi olduğunu deyirlər. Bu ilk növbədə ABŞ-ın şist nefti sənayesinin inkişafına yönəlmiş bir layihə idi. Hər şey ABŞ-ın dünyanın ən iri neft hasilatçısı dövlətinə çevrilməsinə doğru gedirdi. Ancaq...

Həlledici məqamda şeyxlər öz əllərində olan ən ciddi silahı işə saldılar-OPEK-in növbəti iclasında neft hasilatını aşağı salmayacaqlarına elan edildi. Yaxın aylarda neftin bir barrelinin qiymətinin 60-80 dollaradək bahalaşmayacağı təqdirdə neft hasilatında "şit inqilabı"nın fiaskoya uğradığını söyləmək olar.

Ancaq ən maraqlı tərəf başqadır. Dünya bazarında öz mövqelərini qorumaq istəyən şeyxlər 3-cü tərəfə kömək etmiş oldular. Bütün bu oyunlardan Çin ən çox qazanan tərəf kimi çıxdı. İndi məlum olur ki, ABŞ-a qarşı "Neft müharibəsi"nin təşəbbüskarlarından biri də Çin olub. ABŞ-ın ən ciddi iqtisadi rəqibi olan Çin yeni manevrlər üçün geniş meydan qazanmış oldu.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=320732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR