"İnter"in 5-ci sınağı - YENİLƏNİR

"İnter"in 5-ci sınağı -   YENİLƏNİR
13:22 20 Yanvar 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün beşinci yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze yetirmələrini Ukrayna klubu ilə oyunda sınayacaq.

Belə ki, "İnter" Xarkov "Metallist"i ilə üz-üzə gələcək. Oyun Bakı vaхtı ilə saat 17.00-da başlayacaq.

Qeyd edək ki, 1925-ci ildə yaradılan "Metallist" klubuna İqor Raхayev başçılıq edir. Komanda qış fasiləsinə 7-ci pillədə yollanıb.

"İnter" indiyədək Türkiyədə 4 oyun keçirib. "İnegölspor"u (Türkiyə) 4:1, "Kayrat" (Qazaxıstan) və "Kasımpaşa"nı (Türkiyə) 3:1 hesabı ilə yenən "bankirlər" "Enerji Kottbus"la (Almaniya) heç-heçə oynayıb - 1:1. "İnter" növbəti və son oyununu yanvarın 23-də keçirəcək. Rəqib hələ bəlli deyil.

Antalya
Yoхlama oyunu
20 yanvar

17.00 İnter (Azərbaycan) - Metallist (Ukrayna)

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR