Azərbaycan ərazisində yağmursuz hava şəraiti davam edəcək

13:22 20 Yanvar 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 13:19 ]

Bakı. Könül Kamilqızı - APA. Yanvarın 21-də Bakı və Abşeron yarımadasında səhər hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluğunun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə, gündüz 7-11 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR