Bakıda 25 il sonra da qırğındır - FOTO

Bakıda 25 il sonra da qırğındır - FOTO
13:22 20 Yanvar 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Bütün ölkənin 20 Yanvar şəhidlərini yad etdiyi bir zamanda, Bakıda insanlığa yad əməl törədilib. İnsanların ağ ciyərinə bıçaq sancılıb, hələ üstü də torpaqlanıb.
Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığında xeyli ağac kökündən kəsilib. Ağacı kəsənlər izi itirmək məsədilə törətdikləri çirkinliklərin izini itirməyə cəhd ediblər. Kəsilən ağacların üzərini torpaqla örtüblər. Onların gizli etdikləri isə diqqətli insanların nəzərindən yayınmayıb və gördükləri mənzərənin şəkillərini çəkib Milli.Az-a göndəriblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb. Bundan sonrakı işlər aidiyyəti qurumların üzərinə düşür.

Gülər
Milli.Az











RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR