"Odlar yurdu" Azərbaycanda yanğınların sayı artıb

"Odlar yurdu" Azərbaycanda yanğınların sayı artıb
13:23 20 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda yanğın hadisələrinin sayı artıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildiriblər ki, 2014-cü il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11 084 çıxış edilib. Onlardan 2225 çıxış çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 6538 çıxış açıq sahələrdə, 381 çıxış nəqliyyat vasitələrində, 38 çıxış meşə və meşə talalarında, 1902 çıxış isə digər yanğınlar üzrə təşkil edib.

Yanğın hadisələri zamanı 59 nəfər həlak olub, 99 nəfər xəsarət alıb. Bu isə 2013-cü il ilə müqayisədə yanğından həlak olanlar üzrə 2 nəfər və ya 3%az, xəsarət alanlar üzrə isə 12 nəfər və ya 14% çoxdur.

Qeyd edək ki, 2013-cü illə müqayisədə ötən il yanğınlar üzrə çağırışların sayı 2376 fakt çox olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2355189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR