Özbəkistanda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Özbəkistanda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)
13:23 20 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Özbəkistanda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.

Tədbirdə Özbəkistan ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun fəalları və jurnalistlər iştirak ediblər.

Mərasim iştirakçıları əvvəl Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çap edilən kitabların sərgisinə, həmçinin fotostendə və Mədəniyyət Mərkəzinin rəsm dərnəyində məşğul olan uşaqların əl işləri ilə tanış olublar.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin baş vermə səbəbləri haqqında məlumat verib, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı-seçkilik siyasətindən danışıb.

H.Quliyev bildirib ki, 20 Yanvar faciəsindən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, keçmiş SSRİ rəhbərlərini ittiham edib və faciənin məsuliyyətini birbaşa Mixail Qorbaçovun üzərinə qoyub. Səfir qeyd edib ki, xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib.

Sonra Mədəniyyət Mərkəzinin tərkibində fəaliyyət göstərən “Azərbaycan dili” kursu şagirdləri 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləyiblər.

Sonda “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR