Azərbaycanda təbii və texnogen mənşəli hadisələr zamanı 77 nəfər ölüb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələr zamanı 77 nəfər ölüb
13:24 20 Yanvar 2015
360 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Ötən il Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr zamanı 77 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildiriblər ki, 2014-cü il ərzində respublika ərazisində 11 288 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Onlardan 133-ü təbii, 11 155-i isə texnogen mənşəli olub.

Baş vermiş hadisələr nəticəsində 77 nəfər həlak olub, 176 nəfər xəsarət alıb. FHN-in xilasediciləri tərəfindən 30 nəfər xilas edilib və 856 nəfər təxliyə olunub.

Qeyd edək ki, 2013-cü illə müqayisədə ümumi hadisələrin sayı 2405, o cümlədən təbii mənşəli hadisələrin sayı 16, texnogen mənşəli hadisələrin sayı isə 2389 fakt artıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2355186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR