Türkiyə mediası AzərTAc-ın xüsusi müxbirinin 20 Yanvar hadisələrindən bəhs edən məqalələrini yayıb

Türkiyə mediası AzərTAc-ın xüsusi müxbirinin 20 Yanvar hadisələrindən bəhs edən məqalələrini yayıb
13:24 20 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul , 20  yanvar, AzərTAc
AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri Sabir Şahtaxtının “20 Yanvar Azərbaycan xalqının şərəf günüdür” analitik məqaləsi və “20 yanvarda Azərbaycanda günahsız insanlar qətlə yetirilib” yazısı qardaş ölkənin nüfuzlu media orqanlarında yayılıb.
“Milliyət” qəzetində, www.milliyet.com.tr, www.iha.com.tr, www.arcaajans.com, www.gazetekars.com, www.haberimsel.com və digər  saytlarında yer alan məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet imperiyası ordusunun Azərbaycanda hərbi cinayət törətməsinin səbəbləri, məqsəd və nəticələri ətraflı təhlil olunub.
Müəllif qeyd edir ki, keçmiş Sovet imperiyasının sonuncu rəhbərliyi təcavüzkar Ermənistan vasitəsi ilə Azərbaycanda süni problem yaratmaqla ölkənin müstəqilliyinin bərpa olunması şansını aradan qaldırmağa cəhd edib. Məhz 20 Yanvar faciəsindən sonra Azərbaycanda qanunsuz elan olunmuş fövqəladə vəziyyət şəraitində parlament seçkiləri keçirilib, xalqın iradəsini sındırmaq üçün genişmiqyaslı mənəvi terrora əl atılıb.
Həmin hadisələrlə eyni vaxtda, yanvarın 19-dan 20-nə keçən gecə təcavüzkar Ermənistanın silahlı dəstələri bütün sərhəd boyu Azərbaycana hücum ediblər. Bu düşmənçilik siyasətinin amansız hədəflərindən biri də Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən işğalına şərait yaratmaq olub. Bakıya qoşun yeridilən gecə ermənilər hər tərəfdən Naxçıvana hücuma keçiblər. Nəticədə Sədərək yüksəkliyi bir neçə saat düşmənin əlində qalıb. 
Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı tutduğu qətiyyətli mövqeyə dair tarixi faktları oxuculara təqdim edən müəllif yazır ki, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər dünya ictimaiyyətinin diqqətini Azərbaycanda gedən ictimai-siyasi proseslərə yönəltməklə Sovet imperiyasına sarsıdıcı zərbə vurub.   
Məqalələrlə aşağıdakı linklərdə tanış olmaq mümkündür:
http://www.iha.com.tr/istanbul-haberleri/sabir-haciyev-20-ocak-azerbaycanin-seckin-evlatlarinin-katledildigi-gundur-istanbul-971075/
http://www.haberimsel.com/turkiye/593979-sabir-haciyev-20-ocak-azerbaycan-in-seckin-evlatlarinin.html
http://www.milliyet.com.tr/sabir-haciyev-20-ocak-azerbaycan-in-istanbul-yerelhaber-579104/
http://www.arcaajans.com/haber/guncel/sabir-haciyev-20-ocak-azerbaycan-in-seckin-evlatlarinin-katledildigi-gundur/644941/
http://www.gazetekars.com/20-ocak-azerbaycan-halkinin-seref-gunudur-15044h.htm


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_mediasi_AzerTAc_in_xususi_muxbirinin_20_Yanvar_hadiselerinden_behs_eden_meqalelerini_yayib-826033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR