Fransada yüzlərlə əsgər böyük şəhərlərin küçələrinə səfərbər edilib

16:17 25 Dekabr 2014
65 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 16:15 ]

Bakı. Rüfət Əhmədzadə - APA. Fransa hökumətinin qərarı ilə  yüzlərlə əsgər Paris və digər böyük şəhərlərin küçələrinə səfərbər edilib.

 

APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb son 3 gün ərzində ölkədə yaşanan terror xofudur.

 

Fransa baş naziri Manuel Valls bildirib ki, yeni il ərəfəsində yüzlərlə hərbçi ölkə ərazisində təhlükəsizlik qüvvələrinə yardım göstərəcək.

 

Parisin “Eyfel” qülləsinin yerləşdiyi əraziyə və digər rayonlarına 3 gün ərzində 1080 xüsusi təyinatlı göndərilib. 

 

Qeyd edək ki, ötən həftənin sonlarında Dijon, Turs və Nant şəhərlərində polis və dinc sakinlərə qarşı baş vermiş hücumlar hökuməti ciddi tədbirlər almağa vadar edib. Həmin hücumlar nəticəsində 3-ü polis əməkdaşı olmaqla, 27 nəfər yaralanıb. Bu hadisələri törədənlərin hər hansı qruplaşma ilə bağlılığı müəyyən edilməsə də, Fransa hökuməti daha çox İŞİD qruplaşmasına bağlı şəxslərin ölkədə terror aktları reallaşdıra biləcəyindən narahatdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR