Azərbaycanlıları qana bələyən katibə həkim çağırdılar

Azərbaycanlıları qana bələyən katibə həkim çağırdılar
13:25 20 Yanvar 2015
92 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Baş Prokurorluğunun 20 Yanvar faciəsində əli olmuş Əbdürrəhman Vəzirovla bağlı istintaq hərəkətlərinin davam etdiyini və onun axtarıldığını bəyan etməsindən sonra Azərbaycan KP MK-nın sabiq I katibinin səhhətində ciddi problem yaranıb.

Bu barədə virtualaz.org saytına hazırda Moskvada yaşayan Ə.Vəzirovun ətrafından məlumat daxil olub.

Xəbərdə deyilir ki, 87 yaşlı Ə.Vəzirovun halı qəfildən pisləşib. Təcili yardım çağırmaq lazım gəlib.

Yada salaq ki, Ə.Vəzirov 20 Yanvar hadisələrindən dərhal sonra Moskvaya qaçıb və bu günə qədər də orada yaşayır. Azərbaycan Baş Prokurorluğu dünən bəyanat yayaraq Ə.Vəzirovla bağlı istintaqın davam etdiyini və onun axtırldığını bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR