Ağsuda izdihamlı anma mərasimləri VİDEO

Ağsuda izdihamlı anma mərasimləri   VİDEO
13:26 20 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağsu, 20 yanvar, Adil Ağayev, AzərTAc 
Yanvarın 20-də səhər saatlarında böyük izdiham əvvəlcə Ağsu şəhərindəki “Qəhrəmanlıq kompleksi”nə, sonra isə Şəhidlər xiyabanına gələrək düz 25 il bundan qabaq yaşanan faciəli, həm də şanlı tariximizin ildönümünü qeyd edib.
AzərTAc xəbər verir ki, qırmızı qərənfillərlə örtülən xatirə kompleksi və şəhid məzarları insanların azadlığımız, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramının bir təcəssümü idi.
Mərasimdə çıxış edənlər o dəhşətli hadisələri bir daha yada salıb, hələ o vaxt Moskvada ikən öz həyatını təhlükəyə qoyaraq bu hadisələrə ilk siyasi qiymət verən ümummilli liderimiz Heydər Əliyevin cəsarətli bəyanatını bir daha xatırlayıblar.
Bildirilib ki, faciənin ertəsi günü Ulu Öndər o vaxtkı Sovet imperiyasının paytaxtında keçirdiyi mətbuat konfransında terror aktına rəvac verən hakimiyyət nümayəndələrinin və hərbiçilərin cinayətkar əməllərini kəskin ifadələrlə pisləməklə Azərbaycan xalqının dar günündə onun yanında olduğunu bir daha sübut edib.
Mərasim iştirakçıları 20 Yanvar hadisələrinin azərbaycanlıların milli azadlıq ruhuna qarşı bir qəsd olduğunu vurğulayaraq, həm də söyləyiblər ki, həmin gecə xalq özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, müstəqillik uğrunda mübarizə əzmini bütün dünyaya əyani surətdə nümayiş edirdi.
Həmin gün Ağsudakı mədəniyyət sarayında 20 Yanvar hadisələrindən bəhs edən sənədli film göstərilib, rayon mədəniyyət evinin hazırladığı “Şəhid ruhlar” ədəbi-bədii kompozisiyası nümayiş olunub.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR