İŞİD iki yapon girovun həyatı üçün 200 milyon dollar tələb edir

İŞİD iki yapon girovun həyatı üçün 200 milyon dollar tələb edir
13:26 20 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
İŞİD qruplaşmasının yaraqlıları iki yapon girovu edam edəcəkləri ilə hədələyirlər. Terrorçular girovların həyatı üçün 200 milyon dollar tələb edirlər. Pulun çatdırılması üçün 72 saat vaxt qoyulub.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, internetdə yerləşdirilmiş videoyazıda girovlar narıncı geyimdə göstərilib. İŞİD Yaponiyanın “müsəlmanların qadın və uşaqlarının öldürülməsinə, evlərinin yandırılmasIna 100 milyon dollar ayırdığına görə” girov götürülmüş yaponları cəzalandıracaqlarını bildirirlər.
Tokio hələlik videonu şərh etmir.
Qeyd edək ki, İŞİD-in qurbanları arasında indiyədək yaponlara təsadüf olunmayıb. Terrorçu qruplaşma kamera qarşısında amerikalı və avropalı girovları edam edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR