Ramil Səfərov yol polisinin reydində - FOTO

Ramil Səfərov yol polisinin reydində - FOTO
13:27 20 Yanvar 2015
264 Sosial
Ölkə mətbuatı
A- A+

Zabitimiz "avtoş"lara səsləndi: "Daha faydalı işlərlə məşğul ola bilərsiniz"
Yanvarın 16-da gecə saatlarında Bakı şəhərində keçirilən reyd zamanı maraqlı anlar yaşanıb. Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Ələsgər Ələkbərov küçəsində keçirilən reyd zamanı Silahlı Qüvvələrin zabiti Ramil Səfərov yol polislərinə yaxınlaşaraq səmimi söhbət edib. Polislərin işinin ağır olduğunu deyən zabitimiz onlara bu çətin peşələrində uğurlar arzulayıb. Yol polisləri Ramil Səfərovla səmimi söhbət edərək onun qəhrəmanlığından danışıblar. Ramil Səfərov isə bildirib ki, hər bir azərbaycanlı vətənin, dövlətin keşiyində dayanmalıdır. Zabitimiz gecələr Bakıda avtoxuliqanlıq edərək insanları narahat edən, ağır qəzalara səbəb olan sürücülərin hərəkətlərindən təəssüfləndiyini, onların əməllərini qınadığını bildirib. Ramil Səfərov belə sürücülərin daha faydalı işlərlə məşğul ola biləcəyini qeyd edib. Zabitimizin yol polislərinin intizamsız sürücülərlə mübarizə işini dəstəklədiyini bildirib.

Ramil Səfərovla çəkilən fotoları təqdim edirik.

Xatırladaq ki, Ramil Səfərov Macarıstanda NATO tədbiri zamanı erməni zabitini qətlə yetirdiyi üçün ömürlük həbs cəzası almışdı. 8 illik həbsxana həyatından sonra Azərbaycan dövləti onu azad edib. Prezident İlham Əliyev isə Ramil Səfərov Vətənə qayıdan kimi onu əfv edib.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR