20 Yanvar faciəsinin qurbanları heç vaxt unudulmayacaqlar

20 Yanvar faciəsinin qurbanları heç vaxt unudulmayacaqlar
13:28 20 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu müqəddəs məkanı ziyarət edir. Bakı sakini Təranə Cəfərova da hər il bu müqəddəs ünvana – Şəhidlər xiyabanına gəlməyi özümə şərəf bilir.
AzərTAc-a müsahibəsində o bildirib ki, bu gün insan axınının səngimədiyi Şəhidlər xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilib. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş hadisələrdən artıq 25 il ötür. İllər bir-birini əvəz etsə də, faciənin qurbanları heç vaxt unudulmayacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesinin_qurbanlari_hech_vaxt_unudulmayacaqlar-826039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR