Azərbaycanda bağça və orta məktəb müəllimlərinə 1 il vaxt verdilər

Azərbaycanda bağça və orta məktəb müəllimlərinə 1 il vaxt verdilər
13:32 20 Yanvar 2015
199 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məktəbəqədər və ümumi təhsil müəssisələrinin pedaqoji və idarəetmə heyəti sertifikatlaşdırılmadan keçəcək.

Trend-in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Yeni sənədə əsasən, 2015-2016-cı illərdə Təhsil Nazirliyi məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizmini hazırlayacaq. Bu mexanizm 2016-cı ildən başlayaraq tətbiq ediləcək.

2016-cı ildə Təhsil Nazirliyi təhsil müəssisələrinin reytinq sistemini yaradacaq. 2017-ci ildə nazirlik təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramları hazırlayaraq hökumətə təqdim edəcək.

2018-2025-ci illərdə Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarını həyata keçirəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR