Baş məşqçi "Qəbələ"nin üzvünü millidən qovdu

Baş məşqçi "Qəbələ"nin üzvünü millidən qovdu
13:37 20 Yanvar 2015
185 İdman
Ölkə mətbuatı
A- A+

Hazırda Antalyada təlim-məşq toplanışında olan U-17 millimizin baş məşqçisi Mirbağır İsayev "Qəbələ"nin futbolçusu Elvin Dəmirov düşərgədən qovub. Fanat.az xəbər verir ki, bu haqda məlumatı rekord.az-a ekslküziv açıqlamasında İsayev özü verib.

 

Baş məşqçi buna səbəb kimi, futbolçunun qeyri-etik hərəkət etdiyini göstərib: "Tərbiyəsi, əxlaqı yerində olmayan futbolçu mənim komandamda yer ala bilməz. Əgər futbolçu məşqçiyə etiraz edərək topu tərbiyəsiz şəkildə divara vurursa, o futbolçu bu komandadan getməlidi. Ona görə də həmin hadisənin səhəri günü biletini aldırıb onu Bakıya göndərdim".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ba-mqci-quotqblquotnin-uzvunu-millidn-qovdu-t17628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR