20 Yanvar şəhidləri Tovuzda da anılıb - FOTO

20 Yanvar şəhidləri Tovuzda da anılıb - FOTO
13:37 20 Yanvar 2015
87 Sosial
Ölkə mətbuatı
A- A+

Əvvəlcə vətən uğrunda canından keçənlərin ruhuna dualar oxunub. Daha sonra Şəhidlər xiyabanında rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və sakinlər şəhidlərin xatirəsini ehtiramla anaraq məzarları önünə tər çiçəklər düzüblər.

Kəpəz TV (Region TV) xəbər verir ki, faciədən 25 il keçməsinə baxmayaraq, Tovuzda yerləşən Şəhidlər xiyabanında böyük izdiham yaşanıb. Hər kəs vətən uğrunda canından keçən oğul və qızları unutmadıqlarını bir daha sübut edib.

Qeyd edək ki, Qanlı Yanvar gecəsi Tovuz rayon Xatınlı kənd sakini Nəriman Hüseynov və Ağstafa rayon Vurğun qəsəbə sakini Habil Əzizov da şəhidlik zirvəsinə yüksələnənlər sırasında olub.                              

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR